Ötən il cəbhədə Ermənistan Ordusuna aid 5 PUA məhv edilib

Ötən il cəbhədə Ermənistan Ordusuna aid 5 PUA məhv edilib backend

Son 3 ildə Ermənistan cəbhədə 25 PUA itirib.

2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib.

“AzeriDefence”
nin Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, məhv edilmiş PUA-lardan biri taktik sinfə aid X-55 “Ptero 5E” PUA-sı olub. Qalan 4 PUA isə multikopter sinfinə aiddir.

Multikopter tipli PUA-ların ikisi “DJİ” şirkətinin istehsalı olan “Phantom” və “İnspire-2”, qalan iki PUA isə Ermənistanda müxtəlif şirkətlər tərəfindən yığılmış multikopterlər olub.

Ermənistana məxsus PUA-lar 2017-ci ilin yanvar ayının 22-si, fevral ayının 25-i, mart ayının 2-si, iyun ayının 21-i və dekabr ayının 25-də vurulub. PUA-lardan 4-ü Qarabağ cəbhəsində, 1-i isə dövlət sərhədində zərərsizləşdirilib.

Qeyd edək ki, 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 20 (2015-ci ildə 10 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.

Ümumilikdə son 3 ildə cəbhədə zərərsizləşdirilən 25 PUA-dan 18-i multikopter, 5-i Rusiya istehsalı olan “Ptero-5E” (Ermənistan SQ-dəki adı X-55 – bundan biri Azərbaycan Ordusu tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib), 2-si Ermənistan istehsalı olan “Krunk” PUA olub.
Diaspora