Atasının üzünü görməyən 20 yaşlı şəhid oğlu -FOTOLAR

Atasının üzünü görməyən 20 yaşlı şəhid oğlu -FOTOLAR backend

20 il öncə kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşərək şəhid olan 7 döyüşçümüz yad edilib.

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən tədbirdə şəhid döyüşçülərimizin xatirəsi anılıb, onların qəhrəmanlıqlarından danışılıb.

Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıdıb, lakin ikinci qrup mühasirəyə düşüb. Düşmən onlardan təslim olmağı tələb edib. Təslim olmaqdan imtina edən döyüşçülərimiz ağır döyüşlərə başlayıblar.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olub. Aqil Əhmədov həmin qrupdan sağ qalan yeganə kəşfiyyatçıdır.

O, ağır yaralanaraq huşsuz vəziyyətdə düşmənə əsir düşüb. Qondarma erməni məhkəməsi tərəfindən A. Əhmədovun barəsində güllələnmə hökmü çıxarılıb. Uzun sürən danışıqlardan sonra 1999-cu ildə Aqili dəyişmək mümkün olub.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Aqil Əhmədov Mürsəl oğlu. (Sağdır)


Şəhid kəşfiyyatçıları döyüş yoldaşları ildə iki dəfə – şəhid olduqları 10 apreldə və dəfn olunduqları 16 oktyabrda yad edir, məzarlarını ziyarət edirlər.

Hazırda 20 yaşı olan Vüqar Yarəhmədov əməliyyat zamanı şəhid olan 7 kəşfiyyatçıdan biri – Vüqar Yarəhmədovun oğludur. Azərbaycan Texniki Universitetinin tələbəsi olan Vüqar atası şəhid olandan sonra dünyaya gəlib. O, atasının üzünü görməsə də, onun adını daşıyır.

“Atamla bağlı anam mənə məlumat verib. Hər şeyi ondan öyrənmişəm. Atamla fəxr edirəm” – Vüqar deyib.

Əməliyyat zamanı mühəndis istehkamçı mövqeyində xidmət edən gizir Şahlar Hacıyev isə çıxışında kəşfiyyatçı qrupun şücaətindən söz açıb, onlarla qürur duyduğunu bildirib.







">
Diaspora