QAZİLER.AZ saytı Əsir düşməmək üçün (1997-ci ildə) özlərini partladan 7 xüsusi təyinatlı şəhid kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filmini yayıb.
Filmi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri - Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə “Vətənpərvərliyin təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən hazırlanıb.
Layihənin rəhbəri Şəmistan Əlizamanlı, ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Nicat Cəlilov, kordinatoru Emin Həsənli. redaktoru Rəşad Sahildir. Operator işlərini isə Ramin Dadaşov və Nicat Cəlilov həyata keçirib. Montaj “Qarabag studio”ya məxsusdur.
Filmdə Şəmistan Əlizamnlı ifasında (sözləri Oktay Zəngilanlıya, musiqisi Aydan Əliyevaya məxsus) “Qoy var olsin istiqlalın, Azərbaycan” mahnısı səslənib.
O zaman kəşfiyyatçıların hərbi hissəsinin komandiri olmuş polkovnik Xətai Baxışov filmin məsləhətçisidir.
Döyüş səhnələrində Teymur Zahidoğlunun “Təki vətən yaşasın” filminin kadrlarından da istifadə edilib.
“Səkkiz oğul istərəm...” filmi ilk dəfədir geniş ictimaiyyət üçün yayımlanır.
QAZİLER.AZ