Dünən Şəhid olan gizirimiz Salahov Füzuli Süleyman oğlu dekabrın 15-də Şabran rayon Gəndov kəndində dəfn edilib. Dəfn mərasimində Şəhidimizin hərbçi yoldaşları da iştirak edib.
Ən ürəkdağlayan məqam isə Şəhid gizirimizin hərbçi yoldaşının onunla vidalaşması olub. Məzarın üstünə uzanan Şəhidimizin hərbçi yoldaşı papağını çıxararaq onun fotosunu öpüb və göz yaşı töküb. Həmin an çəkilən foto sosial şəbəkələrdə də çox böyük maraqla qarşılanıb.Moderator.az həmin fotonu təqdim edir.