Ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgərlər arasında atışma baş verib.
AzVision.az “Panorama.am”-a istinadən xəbər verir ki, dünən saat 19:30 radələrində erməni əsgər öz xidmət yoldaşını güllələyib.İnsident nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.
Faktla bağlı araşdırma aparıldığı bildirilir.