Ermənistan parlamentinin deputatı Karen Bekaryan qəzaya düşüb.
Virtualaz.org bildirir ki, bu barədə kriminal xronika saytı shamshyan.com məlumat yayıb.Qeyd olunur ki, bir gün əvvəl işğal edilmiş Dağlıq Qarabağda ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 14:20-də Berdzor – Gorus avtomagistralının 15-ci kilometrliyində "Nissan March" və "Mercedes" markalı maşınlar toqquşub.
Məlum olub ki, "Mercedes" Ermənistan parlamentinin balansında qeydiyyatdadır və deputat Karen Bekaryana xidmət edir. Qəza baş verərkən o da maşında olub və yüngül xəsarət alıb. Deputat müayinə üçün Yerevandakı tibb müəssisələrindən birinə yerləşdirilib.