Uşaq qatili Sərkisyan Xankəndini su yoluna döndərib. Helikopterlə az qala ayda bir dəfə gəlib gedir.
Bizi hətta aşağılayır bununla. Biz niyə onun helikopterin vurmuruq?Moderator.az-ın əməkdaşı bu sualla politoloq Cümşüd Nuriyevə müraciət edərək onun məsələyə münasibətini öyrənib:
"Əslində Sarqsyan Azərbaycan vətəndaşıdır, çünki bu şərəfsiz Dağlıq Qarabağda doğulub. Onun vertolyotla (hər halda helikopterdən bu ad daha dilə yatımlıdır) Xankəndinə tez-tez gəlməsi Ermənistanda siyasi vəziyyətin kəskinləşməsi və qarşıdurmanın artmasıdır. Həmişəki kimi Sarqsyan növbəti tülkü gedişləri ilə məşğuldur. Məqsədi qarşıdan gələn seçkiləri udmaq və Qarabağın itiriləcəyi halda oyundan kənar qalmaq istəyidir. Onun vertolyotunun vurulması bir qədər çətin məsələdir. Çünki onun uçuşlarını nəzarətə götürmək üçün bizim ordunun oraya yaxın radar qurğuları olmalıdır. Mən bidiyimə görə elə alçaq məsafədən uçan obyektləri qeyd etmək üçün radar qurğularımız bir qədər uzaq məsafədə yerləşir. Həm də bizim qərarımız Xocalı aeroprtu ilə əlaqədar verilib. Vertolyotlar isə haraya gəldi enə bilirlər. Qaldı ki, onun bizi aşağılaması məsələsinə, bu bir metaforadır. Sarqsyanı "gəzəyən fahişə" kimi NTV kanalı aşağıladı, ona nə cavab verdilər?"