Ermənistan əsgərimizin meyitini qaytardı

Ermənistan əsgərimizin meyitini qaytardı backend

Ermənistan tərəfi Silahlı Qüvvələrimizin əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyitini Azərbaycana qaytarıb.

Modern.az xəbər verir ki, əsgərin meyiti Azərbaycan tərəfinə Naxçıvandakı təmas xəttində təhvil verilib.

Xatırladaq ki, 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyit 23 noyabr 2017-ci il tarixdə Ermənistan – Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində tapılıb.
Daha sonra meyit Ermənistan tərəfindən götürülmüşdü.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası meyitin qaytarılması üçün idiyyəti beynəlxalq təşkilatlara müraciət etmişdi.

Cəlilbəyli Bəhruz Pərviz oğlu hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk etmişdi. O, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmışdı.
Diaspora