Türkiyə prezidenti Ərdoğan azərbaycanlı müxbirin Dağlıq Qarabağla bağlı sualını cavablandırıb.
Qaziler.az ensonhaber-ə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (İSEDAK) 33-cü Nazirlər Sessiyasından sonra Azərbaycan televiziyası müxbirinin sualına cavab verib.Müxbirin: "Soçiyə gedəcəksiniz, Dağlıq Qarabağ məsələsi gündəminizdə olacaqmı?" sualına Ərdoğan: "Keçən dəfəki görüşümüzdə də biz Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etmişdik. Bununla bağlı cənab Putin əlindən gələni edəcəyini o zaman söyləmişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını diqqətə çatdırdım. Çünki münaqişə hardasa 30 ildir ki, davam edir. Bu məsələni bu bölgədə həll edəcək güc Rusiyadır. Bu gün üçlü görüşmədə də fürsət düşən kimi, yenə də məsələni gündəmə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir” - cavabını verib.