Ramil Səfərov həbsxanadan fotolarını paylaşdı

Ramil Səfərov həbsxanadan fotolarını paylaşdı backend

Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov həbsxanadan fotolarını paylaşıb.

BAKU.WS-in məlumatına görə, fotoları R.Səfərov özü şəxsi “İnstagram” hesabında paylaşıb. O, fotoların 2010-cu ildə Macarıstanın Kozma həbsxanasında çəkildiyini yazıb.

Qeyd edək ki, Ramil Səfərov Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edililib. 1 sentyabr 2012-ci ildə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edib və onu mayor rütbəsi ilə təltif edib. Həmçinin ona Müdafiə Nazirliyi tərəfindən ev və onun həbsdə olduğu 8 il müddətində toplanmış əməkhaqqı verilib.

Sözügedən fotoları sizə təqdim edirik.




Diaspora