Xəbər verildiyi kimi, millət vəkili Qənirə Paşayeva parlamentdə 1997-ci ildə düşmənin arxa cəbhəsində əməliyyat zamanı ağır yaralanan kəşfiyyatçımızın müalicə məsələsi qaldırıldı.
“Bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmin təqdimatında iştirak etdik. Təqdimatda qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq bildirdilər ki, 8 nəfərlik qrupdan, sadəcə, bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir. Aqil Əhmədovun ciddi əməliyyata ehtiyacı var. 7 qəhrəman şəhidin anası övladlarının qoxusunu ondan alır və xahiş edirlər ki, onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldıraq və dəstək olaq. Aqil Əhmədovla görüşmüşük doğrudan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Ümid edirik ki, Səhiyyə və Müdafiə Nazirliyi şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək”.QAZİLER.AZ saytı Çavuş Aqil Əhmədov haqqında məlumat təqdim edir:
Əhmədov Aqil Mürsəl oğlu 1976-cı il, aprelin 23 ü Zaqatala rayonunda anadan olub.
1982-ci ildə Zaqatala şəhər 5 saylı natamam orta məktəbin birinci sinfinə daxil olur, 1991-ci ilədək burda təhsil aldıqdan sonra, Balakən rayonunun Katex kəndində yerləşən Surağat Qurbanov adına 1 saylı tam orta məktəbin riyaziyyat-fizika təmayüllü sinfində təhsilin davam etdirir. 1993-cü ildə bu məktəbi əla və yaxşı qiymətlərlə bitirib, Rusiyanın Dağıstan respublikasında ali məktəb daxil olub.
Hərbi xidmətə çagırıldığına ğörə təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır.
1995-97-ci illərdə Xüsusi Təyinatlı Hərbi hissədə qulluq edib.
Hazırda ağır xəstədir. Ciddi müalicəyə və əməliyyata ehtiyac var!
Əsirlikdə olarkən Xankəndində onu xilas etmək üçün erməni həkimləri onun zədələnmiş daxili orqanına rezin boru qoyub. İndi o da çürüyür...
Qeyd ed ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Lakin geri qayıdarkən qrup ermənilər tərəfindən aşkarlanır. Döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.
Kəşfiyyatçılarımız üç gün müxtəlif manevrlər edərək düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 - üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.
Mərhum prezidentimiz Heydər Əliyevin səyi nəticəsində 1997-ci ilin oktyabr ayının 16-da kəşfiyyatçıların nəşi geri alınır və II Şəhidlər Xiyabanında dəfn edilirlər.
Erməni məhkəməsi Aqil Əhmədova güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur. Hazırda ağır xəstədir.
Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;