Düşmənin arxa cəbhəsində əməliyyat zamanı ağır yaralanan kəşfiyyatçımızın müalicə məsələsi MM-də qaldırıldı - QƏNİRƏ PAŞAYEVA

Düşmənin arxa cəbhəsində əməliyyat zamanı ağır yaralanan kəşfiyyatçımızın müalicə məsələsi MM-də qaldırıldı - QƏNİRƏ PAŞAYEVA backend

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 1997-ci ildə düşmənin arxa cəbhəsində ağır yaralanaraq uzun illərdir xəstə olan kəşfiyyatçının məsələsini qaldırıb.

Lent.azın məlumatına görə, millət vəkili parlamentin iclasında bildirib ki, bir neçə gün bundan əvvəl bəzi deputat həmkarlarımla birlikdə Texniki Universitetdə döyüş tapşırığını yerinə yetirdikdən sonra düşmən əlinə keçməmək üçün özlərini partladan qəhrəman kəşfiyyatçımızla bağlı filmintəqdimatında iştirak edib.

O, bildirib ki, təqdimatda qəhrəman şəhidlərimizin anaları millət vəkillərinə üz tutaraq bildiriblər ki, 8 nəfərlik qrupdan, sadəcə, bir nəfər Aqil Əhmədov sağ qalıb və o da ağır xəstədir: “Aqil Əhmədovun ciddi əməliyyata ehtiyacı var. 7 qəhrəman şəhidin anası övladlarının qoxusunu ondan alır və xahiş edirlər ki, onun yüksək səviyyədə əməliyyat olunması məsələsini Milli Məclisdə qaldıraq və dəstək olaq. Aqil Əhmədovla görüşmüşük doğrudan da onun ciddi əməliyyat və müalicələrə ehtiyacı var. Ümid edirik ki, Səhiyyə və Müdafiə Nazirliyi şəhid analarının və bizim müraciətlərimizi nəzərə alaraq Aqil Əhmədovun xaricdə əməliyyat və müalicəsinin həyata keçirilməsini təmin edəcək”.

QAZİLER.AZ saytından:
Qeyd ed ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Lakin geri qayıdarkən qrup ermənilər tərəfindən aşkarlanır. Döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız üç gün müxtəlif manevrlər edərək düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 - üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

Mərhum prezidentimiz Heydər Əliyevin səyi nəticəsində 1997-ci ilin oktyabr ayının 16-da kəşfiyyatçıların nəşi geri alınır və II Şəhidlər Xiyabanında dəfn edilirlər.

Erməni məhkəməsi Aqil Əhmədova güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur. Hazırda ağır xəstədir.

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;


Diaspora