İşğal altındakı Xankəndi şəhərində erməni oliqarxların dəstəyi ilə yeni qızıl emalı müəssisəsi fəaliyyətə başlayıb.
Moderator.az erməni mediasına istinadla xəbər verir ki, obyektin açılışında qondarma separatçı rejimin rəhbəri Bako Saakyan da iştirak edib. Separatçı lider Dağlıq Qarabağda istehsal olunacaq zərgərlik məmulatlarının xaricə çıxarılmasının perspektivlərindən danışıb.B.Saakyan bunun üçün Ermənistan və xaricdəki diasporlarla əlaqələri gücləndirməyin vacibliyini vurğulayıb.