Erməni silahlı birləşmələri işğal altında olan Azərbaycan ərazilərinin cənub istiqamətində növbəti hərbi təlimlər keçiriblər.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, təlimlər zamanı artilleriya qurğularından və digər ağır döyüş texnikasından atışlar həyata keçirilib.Bundan başqa, separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyanın izlədiyi təlimlərin gedişində "rəqibin neytrallaşdırılması” tapşırığı və D – 20 toplarından atış hərəkətləri də yerinə yetirilib.