Milli Qəhrəmanın anım günüdür

Milli Qəhrəmanın anım günüdür backend

15 noyabr tarixi Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədovun anım günüdür. Modern.az-ın məlumatına görə, K.Məmmədovun qəhrəmanlıq zirvəsinə ucalmağından 26 il ötür.

Kazlm Məmmədov 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1976-1986-cı illərdə burada orta təhsil alıb. 1988-ci ildə ordu sıralarına çağırılıb. 1990-cı ildə Rusiyanın Çelyabinsk şəhərində hərbi xidmətini başa vurub.
Ermənilərin torpağlarımıza hücumu onu da narahat edirdi və 1991-ci ildə K.Məmmədov Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə götürülüb. Bununla da onun cəbhə həyatı başlayıb.

Kazım şəhidliyinə qədər bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr tarixində erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək, ermənilərlər qeyri-bərabər döyüşə atılmışdı. Tək qaldığı bu döyüşdə o, düşmənin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış düşmən binaya od vurdu, kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.

Subay idi

Azərbaycan prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

Kazım Məmmədovun adına üç mükafat təsis edilib.
Diaspora