Ermənilər Laçın Turşsuyunu abadlaşdıra bilməyiblər... - FOTO

Ermənilər Laçın Turşsuyunu abadlaşdıra bilməyiblər... - FOTO backend

Bu da sübut edir ki, 25 il ötsə də, ermənilər işğal altındakı yurdlarımızı özlərinə vətən edə bilməyiblər və edə də bilməyəcəklər...

Erməni işğalçıları Laçın-Qubadlı avtomobil yolunun təxminən 9-cu km-liyində- Laçın rayonunun Ağanus kəndi ərazisində yerləşən və qeyri-adi dadı ilə Azərbaycandakı, o cümlədən Şuşadakı digər narzan tipli mineral su mənbələrindən fərqlənən Turşsu istirahət məkanını abadlaşdıra bilməyiblər. “Facebook” sosial şəbəkəsində vətənpərvərliyi ilə seçilən istifadəçilərdən biri- Nicat Nagdalının erməni mənbələrinə istinadla paylaşdığı son fotodan göründüyü kimi, sel suları 1992-ci ilədək bütün ölkədə məşhur olan bu gözəl məkanı bərbad vəziyyətə qoyub. Halbuki, işğaldan öncə Turşsu bulağı ətrafında ilboyu fəaliyyət göstərən böyük iaşə obyekti olub. Bulaq yaxınlığındakı qış pavilyonuyla yanaşı, ətrafdakı əsrarəngiz mənzərəli meşəlikdə qonaqların xoş istirahəti üçün 5 yay pavilyonu da fəlaiyyət göstərirdi. Onlardan biri də fotoda gördüyünüz bulaqdan arxada kiçik çayın üzərində yerləşirdi...

İşğaldan sonra ermənilər Laçındakı Turşsu bulağının üstündə, yəqin ki, gorbagor olmuş işğalçı hərbçilərinin xatirəsinə üzərinə xaç həkk edilmiş dikili daş qoymuşlar...





P.S. Bütün bunları görüb ürəyimizin dağlanmamasının qarşısını almağın yeganə yolu torpaqlarımızı işğaldan azad edib yaşayış və istirahət məknalarımızı da öz gücümüzə abadlaşdırmaqdır...

Moderator.az


Diaspora