“Ananın əlini öpərlər, Şəhid anasının əlini isə iki dəfə öpərlər. O Şəhid anası millətin ən qeyrətli övladını dünyaya gətirib, yetişdirib, o oğul da vətən, Azərbaycan yolunda canını qurban verib. Elə bir ananın əlini öpməmək günahdır!”
Bunu A24.az-a açıqlamasında ermənilər tərəfindən sosial şəbəkədə şəhid anasının əlini öpdüyü anın fotosu yayılmış ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.Yaşar Aydəmirov fotonun çəkilməsindən də danışıb:
“O gün xüsusi plan qurmamışdım ki, elə bir hərəkət edəcəm. Şəmistan Əlizamanlı ilə Rey Kərimoğlunun Qarabağ savaşında qəhrəmanlıq göstərərək canından keçmiş 8 əsgərimizin şərəfli döyüş yolundan bəhs edən “8 oğul istərəm” filmi təqdim olunurdu. Zalda Şəhidlərimizin anaları da əyləşmişdi. Məni Şəhidin medalını anasına təqdim etmək üçün səhnəyə dəvət etdilər, mən də o ananın əlini öpdüm. Bu, instinkt məsələsidir, ürəyimdən gəldi, sanki mənə əmr olundu. Bununla da fəxr edirəm”.
Qeyd edək ki, erməni Haykaz Gevorgyan Feysbukda sözügedən fotonu paylaşaraq bunu yazıb: “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil”.