ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Tsereteli vətəndaş cəmiyyətinin münaqişələrin sülh yolu ilə həllinə və demokratiyanın inkişafına yönəldilmiş təşəbbüsləri hər zaman dəstəklənir
O, bunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" adlı konfransda Azərbaycan və Ermənistan arasında Sülh Platformasının sülhə dair təşəbbüslərini şərh edərkən bildirib.Xatırladaq ki, 2016-cı ilin dekabrında Cənubi Qafqaz cəmiyyətləri üçün böyük ümid yeri olan "Ermənistan-Azərbaycan Sülh Platforması" yaradılmışdır. Platformanın təşəbbüsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, 30 il davam edən münaqişəyə son qoyulmasına və davamlı sülhə nail olmağa istiqamətlənib.
Bu mərhələdə, Platformanın fəaliyyətində islahatlar aparmaq və onu genişləndirmək zərurəti yarandı. Bu məqsədlə Tiflisdə qurultayda Platformanın yenilənmiş və genişləndirilmiş heyəti seçilib və onun strukturu və onun fəaliyyətinə əhəmiyyətli dəyişikliklər ediləcək. BU isə BMT, ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatlar səviyyəsində sülh prosesində ciddi rol oynamağa imkan verəcək.
ATƏT PA-nın vitse-prezidenti Corc Tsereteli təəssüflə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətində əhəmiyyətli irəliləyiş yoxdur. Buna misal olaraq aprel döyüşlərini gətirə bilərik.
"Əlbəttə ki, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətində böyük potensial görürəm və onların təşəbbüslərini ATƏT-in Minsk qrupunun işinə əlavə dəstək hesab edirəm. Vətəndaş cəmiyyətinin səmərəli təşəbbüsləri hökumət və beynəlxalq təşkilatlar tərəfindən təşviq edilməlidir.
Sülh təşəbbüsləri hökumətə xalqdan gəlməlidir və hökumət isə cəmiyyətin əsas təbəqələrini dinləməlidir.
"Ermənistan və Azərbaycan Sülh Platforma"sına gəncləri də cəlb etmək lazımdır.
Vətəndaş cəmiyyəti ilə yaxınlaşma ATƏT tərəfindən hər cür dəstəklənəcək.
Münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik ATƏT-in fəaliyyətinin ən mühüm sahələrindən biridir ", - Tsereteli bildirib.
Qeyd edək ki, Gürcüstandakı bazar ertəsi "Ermənistan və Azərbaycan arasında Sülh Platforması" nın Baş Assambleyası Tbilisi, İrəvan və Bakıda ofislərin açılması eləcə də, İrəvan və Bakıda geniş ictimaiyyətlə görüşlər keçirmək barədə qərar verib.
Eurasia Diary