Lavrov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər

Lavrov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər backend

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində aktiv işləyirlər.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, münaqişələrin həllində birgə iş çox vacibdir.

T.Qreminger isə öz növbəsində bildirib ki, ATƏT kimi beynəlxalq inklüziv təşkilat böhranların münaqişələrə çevrilməsinin qarşısını ala və transmilli problemlərin həllinə kömək edə bilər: “İndi bu, həmişə olduğundan daha çox vacibdir. Ona görə də mən ATƏT mandatı çərçivəsində təhlükəsizlik üzrə dialoqu bərpa etməyi və Avrasiya məkanında işi davam etdirməyi missiyam olaraq müəyyən etdim”.
Diaspora