Ermənilər oktyabrın 2-də 25 ildir ki, işğal altında qalan Xocavənd rayon mərkəzində(“Martuni”) nar festivalı keçirməyə hazırlaşırlar.
Moderator.az yazır ki, bu haqda jurnalistlərə Xocavəndin qondarma meri Mqer Xaçatryan məlumat verib.Festivalda iştirak etmək istəyənlər üçün Xankəndindən xüsusi avtobuslar ayrılıb. Gediş haqqı 1000 dramdır(təxm. 3,4 AZN). Tədbirdə 50-55 pavilyonda işğal altındakı torpaqlarımızda yetişən nar məhsulları nümayiş etdiriləcək.
Festivalda Ermənistanın tanınmış şou-biznes nümayəndələrinin iştirakıyla konsert, milli rəqs və oyunlar, əl işlərindən ibarət sərgi-yarmarka keçiriləcək. Festival erməni xeyriyyəçisi Qastello Mkrtçyanın sponsorluğuyla təşkil edilib.