Ermənistanın baş naziri Karen Karapetyan öz əlaltısı don Piponun köməyi ilə kriminal avtoritetləri səfərbər edir.
Virtualaz.org bildirir ki, bu barədə "Jamanak" qəzeti yazıb."Baş nazir Karen Karapetyan 2018-ci ildə öz siyasi proqramlarını həyata keçirmək üçün erməni mənşəli Rusiya sahibkarlarını-kriminal avtoritetləri səfərbər etməyə cəhdlər göstərir. Kifayət qədər etibarlı mənbələrdən məlum olub ki, Ermənistan baş nazirinin maraqlarının müdafiəsi kimi "müqəddəs işi" Ruben Tatuyan (Robson) və Artur Asatryan (don Pipo) kimi məşhur kriminal avtoritetlər öz üzərlərinə götürüblər", - deyə nəşr vurğulayıb.
Qəzet həmçinin qeyd edir ki, Karen Karapetyanın lobbiçiliyini etməyə Rusiyadakı erməni diasporasının heç də bütün nümayəndələri hazır deyil. Belələrinin arasında Ara Abramyanın və “axalkalaki ermənilərinin lideri” Norik Tevanyanın adları hallanır.