İspan nəşri “Qarabağ“ı erməni klubu adlandırdı

İspan nəşri “Qarabağ“ı erməni klubu adlandırdı backend

İspaniyanın məşhur idman nəşri Mundo Deportivo kobud səhv buraxıb.

Virtualaz.org bildirir ki, ispan KİV-i "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırıb.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) dünən gecə erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazıb.

Xatırladaq ki, "Qarabağ"-“Atletiko” matçı - çərşənbə günü Bakı Olimpiya Stadionunda oynanılıb və qolsuz heç-heçə ilə nəticələnib.

Diaspora