Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə sensasiya olmadı, onlar sadəcə ümumi məsələləri müzakirə etdilər.
Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.“Hazırkı məqamda əsas sensasiya Azərbaycan prezidentinin mənasız danışıqlardan imtina etməsi ola bilər. Qarabağda status-kvo Aprel döyüşündə Azərbaycanın öz tərkibinə bir neçə bölgəni qaytarması ilə dəyişilib. Amma gözləntiləır olmayacaq, heç kim heç kimə torpaq verməyəcək”, – deyə o bildirib.