Dünən Binəqədi rayonunda Şəhidimiz Cəfərzadə Rəşad Əliyar oğlunun doğum günü təntənəli şəkildə qeyd edilib.
Tədbirdə Şəhidimizin yaxınları, Şəhid ailələri iştirak edərək Rəşadın ağırılı taleyindən söz açıblar. 2015-ci il dekabrın 16-da təmas xəttində düşmənin hücumunun qarşısını alarkən Şəhid olan Rəşadın dünən 23 yaşı tamam olub. Şəhidimizin məzarə ziyarət olunaraq ruhuna dualar oxunub.Xatırladaq ki, Şəhidimiz hələ uşaqkən atasını və anasını itirib. Şəhidimizin Nübar adlı bacısı var. Moderator.az-ın əməkdaşının Şəhidimizlə bağlı hazırladığı geniş reportajı bu linkə daxil olmaqla oxuya bilərsiniz.
(http://www.moderator.az/news/157097.html )link burada.