Ermənilər Kəlbəcərdə incəsənət mərkəzi tikir

Ermənilər Kəlbəcərdə incəsənət mərkəzi tikir backend

Ermənistan rəhbərliyi Dağlıq Qarabağın ətrafında yerləşən rayonlarda da məskunlaşma siyasəti aparır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə işğaldakı Kəlbəcər rayonunda mədəniyyət evinin bərpası və yeni incəsənət mərkəzinin tikintisinə başlanılıb.

Mədəniyyət evinin direktoru Tatev Virabyan tikinti işlərinin ABŞ-da fəaliyyət göstərən “Ararat” fondu və “Şərəf” təşkilatı tərəfindən maliyyələşdirildiyini deyib.

Virabyan tikinti işlərinin mərhələli şəkildə aparılacağını da əlavə edib.
Diaspora