Qarabağa səfər edən Türkiyə vətəndaşları barədə — ŞOK MƏLUMAT

Qarabağa səfər edən Türkiyə vətəndaşları barədə — ŞOK MƏLUMAT backend

Son günlər Türkiyə Respublikası vətəndaşlarının işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi və bundan peşmanlıq hiss etmələri barədə məlumatlar Azərbaycanın KİV-də geniş olaraq müzakirə edildi.

Sosial şəbəkələrdə aparılan araşdırmalar zamanı məlum oldu ki, həmin şəxslər özlərini müdafiə etmək məqsədilə yaxın yaxın ətraflarında fikirlər paylaşıblar.

Əldə edilmiş məlumatlara əsasən, işğal edilmiş Azərbaycan ərazilərinə səfər edənlərin arasında olan Ufuk Uras adlı şəxs, Azərbaycanın ona qarşı olan mövqeyindən peşman olduğunu bildirib. Səfəri zamanı o, Xocalı soyqırımı barədə «qondarma Dağlıq Qarabağ respublikası» nümayəndələri ilə Azərbaycanın mövqeyini müdafiə etdiyini və bu cür münasibəti haqq etmədiyini vurğulayıb.

Bununla yanaşı, U.Uras yerli insanlarla da söhbət etmək imkanının olduğunu bildirib. Söhbət zamanı o, özünün burada ilk Türkiyə vətəndaşı olmadığını öyrənib. Belə ki, ona, işğal edilmiş ərazilərdə plastik boru və balıqçılıq sahələrində fəaliyyət göstərən türk firmalarına dair məlumatlar verilib. Habelə, U.Uras Azərbaycanla həmsərhəd digər ölkələr olan İran və Gürcüstanın, eləcə də, digər Avropa ölkə vətəndaşlarının da orada biznes fəaliyyəti ilə məşğul olması, müxtəlif istehsalat yerləri açması və turistik məqsədlərlə mütəmadi səfərlər etmələri barədə öz fikirlərini yaxın ətrafı ilə paylaşıb. U.Uras əlavə etmişdir ki, səfər etmiş digər xarici ölkə vətəndaşlarına bu cür reaksiya verilmədiyi halda, özünün Azərbaycanın mövqeyini müdafiə etməsinə baxmayaraq hədəfdəki insana çevrilməsindən çox peşmandır.

Xüsusilə U.Uras, işğal edilmiş ərazilərə qeyri-qanuni səfər edənlər arasında ən çox Qarabağ konfliktini həll etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədr ölkə (Rusiya, ABŞ və Fransa) vətəndaşlarının olduğunu bildirib.

İşğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etmiş və U.Urasın adlarının mətbuatda hallanmasını istəmədiyi bir neçə Türkiyə Respublikası vətəndaşının adları aşağıda sadalanmışdır.

Mühittin Uyguner
Serbur Korucu Mustafa
Omer Farux Kurt
Ender Kurt
Pehlivan Hasan


Burada adları sadalanan şəxslər milliyətçə kürddülər Türkiyə vətəndaşlarıdır. Qarabağda bizneslə məşğuldular.

olke.az


Diaspora