Sarkisyanın qatıldığı toyda Azərbaycan rəqsi - Ermənilərin oğurluğu davam edir

Sarkisyanın qatıldığı toyda Azərbaycan rəqsi - Ermənilərin oğurluğu davam edir backend

Ermənilər mədəniyyətimizdən oğurluq etməyə davam edir.

Xezerxeber.az-ın məlumatına görə, daha bir erməni toyunda Azərbaycan rəqsi səslənib.
Diqqət çəkən məqam odur ki, Ermənistanın məşhur şahmatçısı Levon Aronyanın toyunda milli rəqsimiz olan "Uzundərə" səsləndirilib.
O, avstraliyalı həmkarı Arianna Kaoili ilə evlənib. Saqmosavanke kəndində baş tutan toyda dəvətlilər arasında Ermənistan prezidenti Serj Sarkisyan da olub. Özü də bu dəfə o, toyda xaç atası qismində iştirak edib. Evlilik mərasiminin ən maraqlı məqamı gəlin Kaoilinin rəqsi zamanı yaranıb. Avstraliyalı şahmatçı gəlin toyda Azərbaycanın "Uzundərə" rəqsini erməni rəqsi kimi ifa edib.
Belə bir mərasimdə öz mədəniyyətlərindən yox, məhz Azərbaycan rəqsindən istifadə etmələri ermənilərin "tarixi keçmişi"nin və mədəniyyətinin nə qədər kasad olduğunu sübut edir.
Xüsusilə də Ermənistanın başçısının iştirakı ilə keçirilən toylarda Azərbaycanın milli klassik əsərlərinə daha çox müraciət olunur. Sarkisyanın xaç atası kimi qatıldığı toyda məhz "Uzundərə"nin səsləndirilməsini nəğməkar şair Vüqar Əhməd siyasi addım hesab edir.
Milli mahnılarımızın və rəqslərimizin erməni toylarında səsləndirilməsinin qarşısının alınması üçün onlar haqda müxtəlif dillərdə məlumatlar paylaşılmalıdır.
Qeyd edək ki, "Uzundərə" Azərbaycan toylarında ən çox ifa olunan rəqslərdən biridir. Tarixi isə IX əsrə gedib çıxır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Diaspora