Ermənistanın Qarabağda yerləşən qanunsuz komandanlığı işğal altında olan bölgənin müxtəlif sektorlarında xüsusi taktiki təlimlər keçirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, təlimlər "müdafiə əməliyyatında radioaktiv çirklənmədən və hava hücumundan müdafiə" mövzusu üzrə təşkil edilib.Təlimlər sentyabrın 25-29-da hava hücumundan müdafiə hərbi hissələri və bölmələri cəlb olunmaqla həyata keçirilib.