Nalbandyan: “Həmsədrlər İrəvana oktyabrın birinci yarısında gələcəklər”

Nalbandyan: “Həmsədrlər İrəvana oktyabrın birinci yarısında gələcəklər” backend

“ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvana oktyabr ayının birinci yarısında səfər edəcəklər”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmsədrlərin səfərinin məqsədi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili ilə bağlı məsələlərin müzakirəsidir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə toxunan E. Nalbandyan bildirib ki, görüşdə prezidentlərin görüşünün təşkili məsələsi və həmsədrlərin regiona səfərinin qrafiki müzakirə olunub.
Diaspora