"Bu gün Azərbaycanın yaralı yeri və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün də ən mühüm problemlərdən biri olaraq qalır. Bu münaqişənin həll olunması üçün birlikdə hərəkət etməyə davam edəcəyik".
Qaziler.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.Diplomat vurğulayıb ki, Azərbaycanın kədəri və sevinci Türkiyənin də kədəri və sevincidir: "Əbəs yerə deyil ki, ən çox türk şəhidliyi, abidələri Azərbaycandadır. Hətta SSRİ vaxtında da Azərbaycan rəhbərliyi həmin məzar və abidələrə qayğı göstərib. Bu gün Azərbaycanın hər bir tərəfində türk şəhidlərin qəbirlərinə rast gəlmək mümkündür".
Hərbi əməkdaşlıq barədə danışan E.Özoral deyib ki, bu əməkdaşlığı genişləndirilməsi üçün hər iki ölkənin hərbi qurumları arasında təmaslar artırılmalıdır. O, əlavə edib ki, hazırda həyata keçirilən "TürAz" hərbi təlimləri, danışıqlar və birgə tədris yolu ilə bu əməkdaşlıq daha da inkişaf etdirilir.