“Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb“: Erməni kəşfiyyatçısından etiraf

“Apreldə Azərbaycanı nə rus, nə də silah dayandırıb“: Erməni kəşfiyyatçısından etiraf backend

Ermənistanda kəşfiyyat qoşunlarının yaradıcılarından biri hesab olunan, keçmiş döyüşçü Vova Vardanov Ermənistan parlamentində Daşnak qrupunun rəhbəri Armen Rustamyanın "Aprel döyüşlərində Rusiyanın imkanları və vasitəsilə qalib gəlmişik" bəyanatına sərt reaksiya verib.

AzVision.az xəbər verir ki, Vova Vardanov "1in.am" xəbər agentliyinə verdiyi müsahibədə aprel döyüşləri ilə bağlı bəzi məqamlara da toxunub:

“Əgər o, belə bir bəyanat veribsə, demək yaxşı təsəvvür edə bilmir ki, azərbaycanlılar şimalda və cənubda özlərinə lazım olan mövqelərə çıxıb, dayanmışdı. Onları nə rus, nə də silah dayandırıb. Onlar öz komandirlərinin əmrlərinə əsasən dayanıblar. Çünki gücləndirmə məqsədilə Ağdam və Əsgəran istiqamətindən qoşunları çıxardaraq şimal və cənuba aparacağımızı düşünürdülər. Lakin, bu baş vermədi, ona görə ki, Qarabağa 5-7 min könüllü döyüşçü axını etdi və buna ehtiyac qalmadı. Unutmaq olmaz ki, Azərbaycana silah tədarük edən ən böyük ölkə Rusiya Federasiyasıdır.”

Vardanov Ermənistanda daxilində Rusiya meyilli şəxslərə “cənablar vazelin və sabun var. Bundan faydalanın”- deyə cavab verib.
Diaspora