Patriarx Qarabağda əsir düşən mülki vətəndaşların azad edilməsinə çağırıb

Patriarx Qarabağda əsir düşən mülki vətəndaşların azad edilməsinə çağırıb backend

Ermənistan, Azərbaycan və Rusiyanın dini liderləri Qarabağda hərbi əsir kimi saxlanılan dinc insanları azad etməyə, eləcə də ibadət yerlərinə qarşı vandalizm aktlarından çəkinməyə çağırıblar.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Patriarx Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginlə üçtərəfli görüşün yekunları ilə bağlı bəyan edib.

Patriarx görüşdə iştirak edən hər üç dini lider adından bəyan edib: "Hərbi əməliyyatlar nəticəsində bu və digər tərəfin əsir götürdüyü dinc insanlar əziyyət çəkir. Hansı ki, onlar heç bir əməliyyatda iştirak etməyiblər, ancaq indi hərbi əsir kimi saxlanılırlar. Biz dinc insanları azad etməyə çağırırıq".

Daha sonra o, qeyd edib: "Münaqişə zonasında və ayrılıqda hər iki tərəfdə də ibadətgahlar və məscidlər var. Onların heç bir vandalizm hərəkətləri olmadan saxlanılması vacibdir ki, heç kim dini hisslər üzərindən spekulyasiya edərək, münaqişəni alovlandıra bilməsin".
Diaspora