Erməni arxeoloqlar artıq 40 gündür ki, işğal altında olan Ağdamın Şahbulaq qalasında qanunsuz qazıntı işləri aparır.
Azvision.az xəbər verir ki, arxeoloji ekspedisiyanın rəhbəri Hamlet Petrosyan qalada qazıntı işləri aparılan zamanı qızıl məmulatlarından ibarət zərgərlik qalıqlarının tapıldığını deyib.Qanuzsuz qazıntı işləri iyulun 8-də başlayıb. Qazıntılar nəticəsində Azərbaycan memarlığına aid qüllələr, bir sıra abidələr aşkar edilərək Ermənistana göndərilib.
Xatırladaq ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.