Bu gün Azərbaycanın işğal olunmuş ərazisi - Dağlıq Qarabağda erməni əsgəri ölüb.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə saat 11:50-də Dağlıq Qarabağın şərqində baş verib.Mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparır.