Qarabağ qazisi dünyasını dəyişdi

Qarabağ qazisi dünyasını dəyişdi backend

Bu gün Qarabağ Qazilər Birliyinin İdarə Heyətinin üzvü, I qrup Qarabağ qazisi Əhədov İbadulla Qüdrət oğlu dünyasını dəyişib.

Əhədov İbadulla Qüdrət oğlu Qarabağ savaşlarının iştirakçısıdır.

Qarabağ Qazilər Birliyi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyir.


Tanıtım

Əhədov İbadulla Qüdrət oğlu 1950-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. 1957-ci ildə həmin kəndin orta məktəbinə gedib, 1966-cı ildə isə orta məktəbi bitirib.

1966-cı ildə Lənkəran şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1971-ci ildə həmin texnikumu bitirib.

1969-71-ci illərdə sovet ordusu sıralarında Belarusiyada hərbi xidmətdə olub.

1972-ci ildə Tiflis şəhərində altı aylıq hərbi məktəb bitirib. Həmən ildən 1991-ci ilədək gizir rütbəsi ilə sovet ordusunda müxtəlif ölkələrdə xidmətdə olub.

1991-ci ildə Qarabağ döyüşlərində iştirak edib. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bir ayağını itirib.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.


Diaspora