Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi” ictimai birliyi erməni girovluğunda olan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq təşkilatların hərəkətsizliyinə dair tədbir keçirilibdir. Təşkilatın sədri Azad İsgəndərli həmyerlilərimizin girov götürülməsinə beynəlxalq təşkilatların biganəliyini sərt tənqid edibdir.
Tədbirdə çıxış edən millət vəkili Zahid Oruc girovların azad olunması ilə bağlı hazırda real durumdan danışıb və təkliflərini dilə gətiribdir.Qarabağ Azadlıq Təşkilatının sədr müavini Fəridə Əsgərova, istefada olan tibb polkovniki, müharibə veteranı Habil Şirinov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, rəssam Tərlan Eyvazov, repçi Anar Nağılbaz və digərləri çıxış edərək yaranmış vəziyyətdən və çıxış yollarından danışıblar.
Sonda beynəlxalq təşkilatlarla ünvanlanmış bəyanat yayıldı.
Qaziler.az