Daha bir xarici jurnalist Dağlıq Qarabağa qanunsuz səfər edib.
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, fotojurnalist Emanuele Amigettinin məqaləsi və çəkdiyi fotolar Britaniyanın “Huck” jurnalında dərc olunub.Fotojurnalist iyun-iyul aylarında regionda olub və aprel döyüşlərindən sonra Qarabağdakı erməni hərbçilərinin əhval-ruhiyyəsini əks etdirməyə çalışıb. Emanuele Amingettinin Azərbaycan XİN-nin icazəsi olmadan Dağlıq Qarabağa getdiyi bildirilir.


