Bu gün bir qrup hərbi qulluqçu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ötən ilin aprel döyüşlərində şəhid olmuş mayor Əliyev Elnur Adil oğlunun ad günündə onun ailəsinə baş çəkib.
Qaziler.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli rayonunda keçirilən tədbirdə hərbi hissənin zabitləri, qoşun təcrübəsində olan kursantlar, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.
E. Əliyev, eləcə də bütün şəhidlərin ruhuna dualar oxunub, şəhid olmuş Vətən övladlarının xatirəsi qürurla yad edilib.E. Əliyevin ailə üzvlərinə Müdafiə Nazirliyinin rəhbərliyi və onunla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırılıb, şəhidlərimizin qisasının daima alındığı və düşmənə hər an layiqli cavab verildiyi qeyd olunub.
Sonra şəhidin valideynlərinin yaşadığı ünvanda görüş keçirilib. Toplaşanlar E. Əliyevi yad edərək onunla bağlı xatirələrini bölüşüblər.