Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək

Türkiyəli iş adamları Cocuq Mərcanlıda layihə həyata keçirəcək backend

Bu gün Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Qaziler.az Trend-ə istinadən bildirir ki, qonaqlar Komitənin sədr müavinləri Gəray Fərhadov və Fuad Hüseynovla görüşərək Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparıblar.

Görüşdə nümayəndə heyətinin üzvləri bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olub. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarılnın bərpasına nail olmaqdır.

Görüşdə qərara alınıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qurupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparıslın.

Qeyd edək ki bu görüşdən əvvəl adı çəkilən nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb və onların rəy və təkliflərini dinləyiblər.
Diaspora