Geri çəkilməyə məcbur edilən düşmənin təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib

Geri çəkilməyə məcbur edilən düşmənin təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib backend

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Diaspora