Milli Qəhrəmanımız Ramiz Qəmbərovun şəhid olduğu gün - 30 aprel

Milli Qəhrəmanımız Ramiz Qəmbərovun şəhid olduğu gün - 30 aprel backend

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Ramiz Bulud oğlu Qəmbərovun şəhid olduğu gündür.

Ramiz Bulud oğlu Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə Şuşa şəhər orta məktəbi bitirmiş və Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidməti başa vuraraq, Şuşaya qayıdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur və işləyə-işləyə təhsilini davam etdirir.

1988-ci ildən Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı mübarizə aparır. Ramiz Millət! Azadlıq! Vətən! Torpaq! fədaisi idi. O, Moskva Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq üçün fəal iş aparırdı. Haqsız təzyiqlərə və təqiblərə baxmayaraq yolundan dönmür, mübarizəni davam etdirirdi .O, erməni təcavüzünə qarşı mübarizə aparanların ön sırasında gedirdi. 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və həmin batalyona başçılıq edir. Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Quşçular və digər kəndlərin müdafiəsində mərdliklə vuruşur. 1992-ci il 29 apreldə Kosalar və Kərkicahan kəndləri yaxınlığında gedən qızğın döyüşdə qəhrəmanlıq göstərir və aprelin 30-da həlak olur.
Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah rəhmət eləsin!

Qaziler.az saytı APA TV-nin "Müharibə adamı" layihəsində R.Bağırovla bağlı verilişi təqdim edir.

Diaspora