Düşmən atəşkəsi 64 dəfə pozub – CƏBHƏ XƏBƏRLƏRİ

Düşmən atəşkəsi 64 dəfə pozub – CƏBHƏ XƏBƏRLƏRİ backend

Qaziler.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 64 dəfə pozub.

Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.
Diaspora