Özbəkistanlı jurnalist və yazarlar Alıxanlı kəndində olublar

Özbəkistanlı jurnalist və yazarlar Alıxanlı kəndində olublar backend

Özbəkistanlı jurnalist və yazarlardan ibarət nümayəndə heyəti Füzuli rayonunun Alıxanlı kəndində olublar.


Xezerxeber.az-ın məlumatına görə,onların səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə baş tutub. Xarici jurnalsitlər və yazarlar əvvəlcə 2 yaşlı Zəhranın qəbirini ziyarət ediblər.
Daha sonra isə hadisənin baş verdiyi əraziyə baxış keçiriblər. Burada kənd sakinləri və Quluyevlər ailəsi ilə görüşən qonaqlara cəbhə kəndindəki vəziyətlə bağlı ətraflı məlumat verilib.Bildirilib ki, erməni hərbiciləri kəndi tez- tez atəşə tutaraq sakinləri qorxutmaq istəyir. Ancaq yerli əhali Azərbaycan Ordusuna güvənir. Bu səbəbdən də kənd sakinləri heç nədən qorxmayaraq gündəlik işləri və əkin-biçinlə məşğuldurlar.
Qeyd edək ki, səfərdə məqsəd Özbəkistan mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti barədə daha geniş məlumatlandırmaqdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Diaspora