“Mülki əhaliyə qarşı vəhşilik törətməkdə istifadə olunan bütün hərbi obyektlər vurulmalıdır və son erməni əsgəri ya güllələnməli, ya da ən yaxşı halda ərazilərimizdən qovulmalıdır. Əlbəttə ki, son ümid olaraq danışıqlara da getmək olar, lakin bunun heç bir nəticə verməyəcəyi məlumdur”
Politolioq Arzu Nağıyev Oxu.Az-a açıqlamasında belə deyib.Ekspertin Füzuli rayonunun Alıxanlı kəndində dinc əhalinin ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilməsindən sonra Azərbaycanın bütün dünyada Ermənistanın əleyhinə apardığı təbliğat öz bəhrəsini verdiyini bildirdi:
“Artıq beynəlxalq təşkilatlar erməni terrorundan xəbərdardırlar. Bu məsələdə Azərbaycan diplomatiyasının, medianın, sosial şəbəkədə yaradılan qrupların və qeyri-hökumət təşkilatlarının, təbii ki, sadə azərbaycanlıların rolunu məxsusi qeyd etmək lazımdır. Demək olar ki, Azərbaycanda olan xarici dövlətlərin səfirliklərinin hərbi attaşelərinin hadisə yerindən birbaşa ermənilərə xitabən verdiyi bəyanatlar çox mühüm əhəmiyyət kəsb edirdi. Yəni hərbçilərin ermənilərini saxta arqument kimi ortaya qoymağa çalışdıqları mülki obyektlərə yaxın yerlərdə hərbi texnikanın yerləşdirilməsi mifi dağıldı. Məhz bundan sonra monitorinq aparan ATƏT və həmsədrlər erməniləri qınayan bəyanatla çıxış etdilər. Belə bir situasiyada Azərbaycan tərəfinin ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsi mümkündür və heç bir beynəlxalq təşkilat bunun qarşısını ala bilməz və bəyanatla çıxış edə bilməz”.
Ekspert dəfələrlə guya Azərbaycan tərəfindən ermənilərin hüququnun pozulması haqqında bəyanat verən anti-Azərbaycan mövqeyi tutulan beynəlxalq təşkilatların bəyanatının səslənmədiyini acınacaqlı hal olduğunu da qeyd etdi: “Bəzi özlərini bizə dost saymağa çalışan və hətta münaqişənin həllində öz vasitəçilik missiyasını təklif edən dövlətlərin attaşeləri ya Alxanlıya səfərdən imtina etdi, ya da bəyanat verməkdən boyun qaçırdılar. Deməli, haqq-ədalət biz tərəfdədir.