Ötən gün Rusiyadan Azərbaycana yeni hərbi texnika, o cümlədən “Hrizantema-S” və “Solntsepek” sistemləri üçün 200-dən artıq raket gətirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, erməni jurnalisti, “Hetk” nəşrinin baş redaktoru Edik Baqdasaryan “Aprel döyüşləri”ndən sonra yaranmış situasiya və yeni alınmış silahlarla bağlı danışıb.
“2016-cı ilin aprelində Azərbaycanın istifadə etdiyi hərbi texnika içində ən təhlükəlisi Rusiya istehsalı olan “Solntsepek” sistemləri və İsrail istehsalı olan kamikadze tipli uçuş aparatları olub. Məhz bu silahlar bizim qoşunlara ən böyük zərbəni vurdu. Rusiya və İsrail eyni silahı daha böyük sayda düşmənə satıb”.
Baqdasaryan “Aprel döyüşləri”ndə erməni tanklarının qeyri-effektiv fəaliyyət göstərdiyini də yazıb.
“Aprel döyüşlərindən sonra döyüş postlarında videokameraların qurulması apreldəki qəfil hücum effektini aradan qaldırıb. İndi Azərbaycanın hansı taktika ilə hərəkət edəcəyi vacibdir. Müharibə həmçinin, Ermənistan tanklarının qeyri-effektiv olduğunu göstərdi”.