Ermənistan Azərbaycanın dinc insanlarına hücum edir- The Washington Times

Ermənistan Azərbaycanın dinc insanlarına hücum edir- The Washington Times backend

“Rusiya ABŞ-ın dostu ola bilməz. Ermənistan isə həm Rusiya, həm də İran üçün vazkeçilməz və möhkəm tərəfdaşıdır. Azərbaycan isə ABŞ, Qərb və İsrailin dostudur. Amerika öz müttəfiqlərinin dəstəkləməkdə təşəbbüs göstərməlidir”

“Amerikalılar “Müstəqillik gününü” atəşfəşanlıqla qeyd etdiyi zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən erməni hərbçiləri öz silahlarını qarşı tərəfin hərbçilərinə deyil, heç bir günahı olmayan mülki şəxslərə tuşlayaraq onları öldürüblər”.

Musavat.com xəbər verir ki, ABŞ-ın The Washington Times qəzetində Aleksandr Murinson tərəfindən qələmə alınan yazının ilk cümlələri belə başlayır.

Məqalədə göstərilir ki, Avropa parlamentinin Azərbaycan üzə məruzəçisi Norika Nikolay və Avropa parlamentinin vitse-prezidenti Riçard Çarnedskinin açıq məkturubnda belə deyilir:

“Dinc insanların, qadınların və uşaqların görünməmiş tərzdə öldürülməsi heç bir halda qəbul edilə bilməz və bu dərhal dayandırılmalıdır. Məlum olub ki, bu qətl Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində silahsız dinc insanlarına qarşı minaatanlar və bombalarla etdiyi hücum zamanı törədilib”.

Məqalə müəllifi erməni hərbçilərinin demək olar ki, hər gün Azərbaycanın dinc insanlarını minaatan və snayperlərlə hədəfə aldığını və bunun Ermənistanın yeni hərbi doktrinasına uyğun həyata keçirilldiyini vurğulayır:

“Ermənistan Azərbaycanın dinc insanları hədəf almaqla Azərbaycanı cavab hərəkətlərindən çəkindirməyə çalışır. Bu doktrina deyəsən, 2016-cı ilin aprel ayında baş verən 5 günlük müharibədən sonra ortaya çıxıb. Həmin döyüşlər 20 il ərzində ilk dəfə olaraq Ermənistan ordusunun Azərbaycan hərbçilərini artilleriya atəşinə tutmasından sonra başlayıb. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfinin müharibəyə daha hazırlıqlı, daha yaxşı silah və texnikaya malik olduğu , ən müasir komanda və idarəçilik sistemlərindən istifadə edə bildiyi, Azərbaycan əsgərlərinin erməni hərbçilərindən daha üstün və təcrübəli olması aşkara çıxdı”.

Müəllif həmin dövrdə Azərbaycanın cavab zərbəsi endirməyə məcbur olaraq Ermənistan ordusunu darmadağın etdiyini və strateji yüksəklikləri, həmçinin böyük əraziləri geri qaytardığını qeyd edib.

Murinson bu səbəbdən sonuncu insident zamanı erməni hərbiçilərinin Azərbaycanın tank və qoşunlarının yerləşdiyi mövqelərə atəş açmaqdan çəkinərək Alxanlı kəndinə 82 və 120 mm-lik minaatanlardan, habelə ağır artilleriyadan atəş açdığını bildirir. Yazıda hücum zamanı 2 yaşlı Zəhra Quliyevanın və Zəhranın nənəsi 50 yaşlı Sahibə Quliyeva öldürüldüyü vurğulanıb.

Məqalədə cəbhəyanı təmas xəttində təpələr arxasında öz evlərini məktəblərini quran azərbaycanlılardan fərqli olaraq, Ermənistan tərəfində isə yalnız hərbi obyektlərin yerləşdiyi qeyd olunub.

Murinson Ermənistan tərəfinin iddialarının əksinə olaraq Alxanlı kəndində Azərbaycan ordusunu ağır hərbi sursatı olmadığını da əlavə edib...

Yazıda son bombardımanın ATƏT-in Minsk qurpunun həmsədrlərinin regiona sonuncu səfərindən sonra həyata keçirildiyinə diqqət çəkilir.
Qrupda ABŞ-ın da həmsədr kimi iştirak etməsinə rəğmən müəllif onu Rusiya maraqlarına xidmət edən şou adlandırıb. Bundan başqa yazıda Serj Sərkisyanın da Rusiyanın Ermənistandakı hərbi mövcudğulunun labüdlüyü və Ermənistanın xarici siyasətinin bu istiqamətdə qurulacağı barədə sözlərinə yer verilib.

Məqalədə Minsk qrupunun bu vəziyyətdə qalmasında ən çox Rusiyanın marağının olduğu, Moskvanın bununla Azərbaycanı daimi olaraq müharibə vəziyyətində saxlamaq istədiyi bildirlir. Müəllifin fikrincə Qərblə dost olan Azərbaycan çoxsaylı enerji layihələrin həyata keçirməklə Rusiyanın Avropa və Qərbdəki mövqelərin sıxışdıra bilər. Müəllif Aleksandr Murinson Tramp administrasiyasını Azərbayacanın ABŞ-ın əsl sabit və həqiqi dostlarından biri, o cümlədən geopolitik və geostrateji əməkdaşı olması səbəbindən rəsmi Bakıya hərbi və siyasi dəstək verməyə çağırıb.

“Rusiya ABŞ-ın dostu ola bilməz. Ermənistan isə həm Rusiya, həm də İran üçün vazkeçilməz və möhkəm tərəfdaşıdır. Azərbaycan isə ABŞ, Qərb və İsrailin dostudur. Amerika öz müttəfiqlərinin dəstəkləməkdə təşəbbüs göstərməlidir”, məqalə müəllifi fikrini bu cümlə ilə yekunlaşdırıb.

yazının linki burada
Diaspora