Gənclər təşkilatlarının 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı bu günə təyin etdikləri yürüş təxirə salınıb. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, gənclər təşkilatları ilə keçirilən görüşün nəticəsi olaraq belə qərara gəlinib ki, mövcud təcrübəyə görə, beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terror aktlarının, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılması yürüşlə müqayisədə daha effektiv nəticə verir. Buna görə də gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınması qərarına gəliblər.