Qanı üzünə dağılmış balaca Zəhranın şəkillərini görəndə qanım dondu. Axı, bu körpənin nə günahı var idi ? Erməni gülləsi tək balaca Zəhraya dəyməyib, onlar bununla sanki göstərmək istəyirlər ki, baxın, acığınıza körpələrinizi də, nənələrinizi, qadınlarınızı da sizin evinizin içində belə qıracağıq.
Onsuz da illərdir ki, qırırlar. 100 il bundan öncə Bakıda, Qubada törətdikləri qırğınları bu gün də Qarabağda davam edirlər. Qarşıdan 1918-ci il ermənilərin törətdiyi Bakı qırğınının 100 illiyi gəlir. Hələ son dövrdə törətdikləri qırğınların da 30 illiyi...Bəs deyilmi?
Nə vaxta kimi əlimizi əlimizin üstünə qoyub baxacağıq? Bu müharibədir, ya deyil, bilən də yoxdur. Görünən o ki, erməni cəlladları öz işində, biz öz işimizdə, ATƏT-in 3 müşketyoru da öz rolunu oynamaqdadır. Ortada qırılan, qanı tökülən körpələrin məsuliyyəti kimin üzərinə düşür?
Görmüşük ki, hər hansı bir ölkədə terror hadisəsi baş verərkən terror təşkilatlarından biri hadisəni öz üzərinə götürür və çıxıb bəyan edir ki, bunu mən etmişəm. Ermənistan o terror təşkilatlarından da ötədir, ona görə ki, öldürüb dinməzcə baxır. Terrorçunu məhv eləməkdən başqa yol yoxdur, çünki, terrorçu islah olunan deyil. Onun beyni ilə illərlə işlənib terror üçün hazırlanıb. Eynilə erməni kilsəsində erməni daşnakların beynini terrorçuluğu təbliğ etməklə doldurduqları kimi.
Atəşkəs şəraitində həyata düz-əməlli göz açmamış erməni terrorçularının gülləsinə tuş gələn körpələrimizin sayı xeylidir, baxın, Qaradağlı, Xocalı faciəsində nə qədər uşaq qətlə yetirilib. Erməni xisləti burada da özünü göstərir. Onlar aman vermədən qırırlar, biz isə Sülh Platformasından danışırıq. Hələ ATƏT-in üç muşketyora bənzəyən Minsk Qrupu həmsdərləri utanmadan hər iki tərəfi sülhü qorumaqla bağlı çağırışlar verirlər. Hansı sülhdən danışmaq olar ki? Harda görünüb ki, səni öldürməyə gələlər və evinə girib uşağını öldürələr gözün baxa-baxa, sən də deyəsən ki, yox e, mən sülh istəyirəm. Bu, hansı dəftər-kitabda yazılıb?
Ümidliyik ordumuza! Çünki, Azərbaycan ordusu çox güclüdür, istəsələr bütöv ermənistanı bir həmləylə yer üzündən silə bilərlər. Onda fidan balalarımızın - Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucovun (7 yaş) Ağdamda Fariz Bədəlovun (9 yaş), Tovuzda Aygün Şahmalıyevanın (13 yaş) və 2 yaşlı Zəhra balamızın qisasları müəyyən qədər alınmış olardı. Allah o günü görməyi bizə nəsib etsin!