Prezidentin rəsmi səhifəsində Zəhra ilə bağlı paylaşım - foto

Prezidentin rəsmi səhifəsində Zəhra ilə bağlı paylaşım - foto backend

Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Axşam.az-ın məlumatına görə, hadisəyə sosial şəbəkə istifadəçiləri də biganə qalmayıblar.

Azərbaycan prezidenti İlham Əliyevin rəsmi "Facebook" səhifəsində də məsələ ilə bağlı paylaşım edilib.

Belə ki, səhifədə qan içində olan ayı oyuncağı paylaşılıb və prezidentin “Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır” sitatı əlavə olunub.



Diaspora