Azərbaycan Müdafiə Nazirliyi növbəti erməni saxtakarlığını təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi növbəti erməni saxtakarlığını təkzib edib backend

QAZİLER.AZ xəbər verir ki, Ermənistan tərəfinin guya bölmələrimiz tərəfindən TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması barədə yaydığı məlumata Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib.

“Ermənistan tərəfinin bu məlumatı, onların mülki əhalini atəşə tutduqlarından sonra əl atdıqları təxribat, dezinformasiya və saxtakarlıqdan başqa bir şey deyil”.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirirb.

“Real fakt ondan ibaətdir ki, Ermənistan silahlı qüvvələri mülki əhalini atəşə tutub və nəticədə bir qadın və bir körpə uşaq həlak olub”. O bir daha qeyd edib ki, Azərbaycan tərəfi TR-107 yaylım atəşli reaktiv sistemlərindən istifadə etməyib.

***

Минобороны АР об очередной армянской фальсификации
Минобороны Азербайджана выразило отношение к сообщениям армянской стороны о якобы применении вооруженными силами Азербайджана реактивных систем залпового огня TR-107.

Данная информация армянской стороны является провокацией, дезинформацией и фальсификацией, к которой они прибегли после обстрела гражданского населения.

Об этом сообщил глава пресс-службы Министерства обороны Азербайджана Вагиф Даргяхлы.

«Реальным фактом является обстрел вооруженными силами гражданского населения и убийство женщины и малолетнего ребенка», - cказал он, отметив, что азербайджанская сторона не использовала реактивные системы залпового огня TR-107.
Diaspora